Ekstrasens vasitəsi ilə cadunu tapmaq olarmı?

    17.02.2014
Sual: 
Salam aleykum. Bir insanın evində sehr var, onu tapmaq üchün ekstrasensə müraciət etmək olar? O, ekstrasens deyir ki, mən heç nə etmirəm sadəcə telefondan deyirəm ki, filan yerdədi və get götür mənə gətir o cadunu sənin gözüvün qabagında açacam. Allahın ayələrini oxuya-oxuya açacam. Belə etmək olar? Bu fal sayılır?
Cavab: 

Aleykum salam. Ekstrasenslik falçılığın müasir adıdır. İslama görə cadunu tapmaq, cadudan xilas olmaq üçün falçıya müraciət etmək böyük günahdır. Belə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir kahinin və ya falçının yanına gedib onun dediklərini doğru olduğunu təsdiq edərsə, Muhəmmədə nazil olana (Qurana) küfr etmişdir".  
Həmçinin, o demişdir: "Kim bir falçının yanına gedib ondan bir şey soruşarsa, qırx gün namazı qəbul olunmaz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399).
Cadudan xilas olmaq üçün cadunun yerini tapmaq vacib deyildir. Cadudan qorunmaq və ondan müalicə olunmaq üçün Uca Allahın fərz buyuruduğu namaz, oruc və.s bunun kimi bütün vacib əməlləri yerinə yetirmək, günahları tərk etmək və onlardan tövbə etmək lazımdır. Həmçinin çalışıb Quran Kərimi öyrənib, bacardıqca gündəlik oxumaq, Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) buyurduğu zikr və dualardan istifadə etmək, səhər-axşam zikrlərini, Ayətu-l-Kursini (əl-Bəqərə, 255), hər namazdan sonra, gecə yatmazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq lazımdır. Həmçinin, əl-Fatihə, əl-İxlas, əl-Fələqən-Nas surələrini hər namazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq lazımdır. Bundan əlavə dinimizin buyurduğu Quran ayələrindən, zikr və dualardan ibarət sözləri oxumaq məsləhətdir. Daha sonra bal, zirə yağı (qara çörək otundan hazırlanır), zəm-zəm suyu, zeytun yağı kimi buyurulan təbii ləvazimatlar istifadə etmək lazımdır. Bütün bu deyilənlər cadu, gözdəymə və digər xəstəliklərin müalicəsində istifadə edilən ən təsirli vasitələrdəndir. Bütün bu duaları "Müsəlman Qalası"  adlı kitabdan əldə edə bilərsiz. 

Paylaş: