Müəllimə işləmək istəyən qadının hicab bağlaması vacibdirmi?
Sual:
Men hicab baglamaq isteyirem,amma muellime olacam,icaze yoxdur baglamaga.bu halda ne etmeliyem,bu mene gunah deyil?evvelcedeb tewekkurler
Cavab:
Salam aleykum. Hicab hər bir müsəlman qadına fərzdir və buna riayət etməyən günah qazanır. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər". (ən-Nur, 31). Siz Allahın əmrini yerinə yetirin və Ona çoxlu dua edin ki, hicabla işləməyi sizə asanlaşdırsın, çətinliklərdən çıxış yolu göstərsin. Daha ətraflı: