Namazlarımı vaxtında qıla bilmirəm, bu, günahdır?

    17.02.2014
Sual: 
Salam aleykum. Mən universitetdə oxuyuram, dərsim isə günorta başlayır. Buna görə də günorta, ikindi və axşam namazlarını qıla bilmirəm. Evə gəldikdən sonra qəzasını qılmaq düzgündürmü?
Cavab: 

Aleykum salam. Belə etməyiniz düzgün deyildir. Dərslər arası fasilə zamanı və ya icazə alıb namazları qılmaq lazımdır. Uca Allah Qurani Kərimdə buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
Nəzərinizə çatdıraq ki, zərurət halında, zöhrlə əsr namazlarını və ya məğriblə işa namazlarını birləşdirmək olar: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər". (əl-Bəqərə, 286).

Teqlər: 
Paylaş: