Ailə quran cütlük birlikdə namaz qıla bilərmi?
Aleykum salam. Yaxşı olar ki, yeni evlənənlər birlikdə iki rükət namaz qılsınlar. Bu barədə iki hədis rəvayət olmuşdur. Əbu Səid demişdir: "Mən kölə idim. Evləndim. Aralarında İbn Məsud, Əbu Zərr və Huzeyfə (Allah onlardan razı olsun) olmaqla Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) səhabələrini çağırdım. Namaz vaxtı Əbu Zərr (Allah ondan razı olsun) imamlıq etmək istədikdə, digər səhabələr: Ey Əbu Zərr, sən dur! dedilər. Əbu Zərr; İmamlığı ev sahibimi edəcək? dedi və mən kölə olduğum halda onlara imamlıq etdim. Namazdan sonra toy gecəsi ilə bağlı mənə tövsiyə etdilər: Gəlin içəri girəndə iki rükət namaz qıl. Sonra Allahdan onun xeyrini istə və şərindən Allaha sığın. Duadan sonra bildiyin kimi hərəkət et. Eyni işi həyat yoldaşın da etməlidir".
Həmçinin, qadın öz əri ilə beş vaxt fərz namazlarını da birlikdə qıla bilər. Bu zaman kişi öndə duraraq namaza imamlıq edir, qadın isə onun arxasında duraraq ona tabe olur.