İnternetdə bəzi videolara baxandan sonra bütün paltarlardakı naxışlar mənə Allah sözü kimi görünür...

    25.04.2017
Kimdən: 
rana
Sual: 
nolar mene cvb yazin men vesveseden cox eziyyet cekirem.siz sekil atmag olsa atardim baxardiz ki ne derecede duzdu eldiyum belkede duz eliyim.deye yalmisa yol verirem nolar mene aydin cvb yazin qisa yox.mene her yerde erebce ALLAHIN adini gorurem paltarim qalmiyib ne usagimin be ozumun internetde tkilisi hisesi bezeyi her seyi tocnu ALLAH sozune oxsayir.o adidasin ic uzu vidiosumada baxadan vapse nolar aydin yazin ya sekil atim baxin
Cavab: 

Salam aleykum. Kafirlərdən bəziləri ayaqqabı və bəzi geyimlərin üzərində Allah sözünü yazaraq bununla Uca Allahın adını alçaltdıqlarını zənn edirlər. Onlar Qiyamət gününə qədər Allahın onlara möhlət verdiyinə, tövbə etməsələr etdiyi əməllərin şiddətli cəzasını alacaqlarına əhəmiyyət vermirlər. Sözsüz ki, bu əməllərlə onlar özlərindən başqa heç kimə ziyan vurmurlar. Uca Allah buyurur: "Zalımların etdikləri əməl­lərdən Alla­hın xəbərsiz oldu­ğunu san­ma. Allah sadəcə onları cəza­landırmağı göz­lərin bərələ qala­cağı günə saxlayır". (İbrahim, 42).

Amma sizin bütün paltar naxışlarını Allah sözünə bənzətməyiniz artıq vəsvəsədir. Bu vəsvəsələrə fikir verməyərək paltarlarınızı istifadə edin və çəkinməyin. Allah sözünün  yazılışı məlumdur. Sadəcə oxşamağa görə paltarı kənara atıb istifadə etməmək səhvdir. Hər gün evinizdə Quran səsləndirin, Allahı çox zikr edin. Daha ətraflı:
Cadu və vəsvəsədən necə qorunmaq olar? 

Paylaş: