Namazda birinci təşəhhüddə salavat və dua oxumağa görə səhv səcdəsi düşürmü?

    23.06.2017
Kimdən: 
ayaz
Sual: 
salam!Allah sizdən razı olsun. Mən artıq bu saytdakı kimı namaz qılıram.Amma 1ci təşəhüddən sonra cox vaxt salavati və duani oxuyuram.Yəni bunu bilərəkdən etmirəm.Birdən yadıma düşür ki səhf etdim bunu 2ci təşəhüddə oxumalıyam.Belə olan halda bilmirəm nə edməliyəm.Əgər bu səhvimə görə səhv səcdəsi etməliyəmsə onu necə etməliyəm?Birdəki bir sualım da var. 2ci təşəhüddən sonra burada göstərilmiş qaydada hec cür otura bilmirəm.Onda necə edim?COXsag olun.
Cavab: 

Və aleykum Salam. Allah sizdən də razı olsun. Birinci təşəhhüddə salavatı deməyə qadağa yoxdur, əksinə, salavatı demək daha yaxşıdır. Duanı oxumaq da namazı batil etmir və səhv səcdəsi etməyə də ehtiyac yoxdur, çünki səhv səcdəsi namazın vaciblərində səhv etdiyiniz zaman edilir. 

Namaz videosunda göstərilən qaydada oturmağa öyrəşməyə cəhd edin, çünki Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bu cür etmişdir. Əgər bacarmasanız, sizə necə rahatdırsa, elə də oturun. Həmçinin oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?

Teqlər: 
Paylaş: