Hamilə qadın icazəsiz bir şey götürüb yesə, gələcək övladı pis yola düşə bilərmi?

    09.06.2017
Kimdən: 
Ləman
Sual: 
Salam men hamilə ikən bir şeyi icazesi alıb yemişəm.deyirlerki icazesi alınıb yeyilende ana betnindeki uşaq oglan olsa ogru qız olarsa yolunu azmış olar?bu düzdürmü?ve halallıq ala bilmesem bunu hansısa dua ve ya emelle ede bilerem?
Cavab: 
Və aleykum Salam. Dinimizə görə istəlinən bir əşyanı haqq sahibindən onun icazəsi olmadan mənimsəmək günah sayılır və buna görə tövbə etmək lazımdır. Amma bunun səbəbi ilə gələcəkdə doğulacaq uşaqların pis yola düşəcəyini düşünmək batil və xurafatdır. İnsanın kim olacağını yalnız Allah bilir. Ona görə narahat olmayın. Əksinə, hər şeydə halallıq olmalıdır. Belə fikirlər bəd əlamətə inanmağa gətirir, bu isə qadağan olunmuşdur. Allah sizə xeyirli övlad nəsib etsin. Həmçinin oxuyun: 
Paylaş: