Cənnətdə qadın və kişilər neçə yaşında olacaqlar?
Salam aleykum. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Cənnətə girənlərin 33 yaşında olacaqlarını bildirmişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Cənnət əhli bədən və üzləri tüksüz (saqqalsız), gözləri sürməli, otuz üç yaşında Cənnətə daxil olacaqlar". (ət-Tirmizi, 2545, 2742). Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) rəvayət edir ki, bir gün yaşlı bir qadın Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın Elçisi, Allaha dua et ki, məni cənnətlik etsin!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Ey Ummu filankəs, yaşlı qadın Cənnətə girməyəcək!" (Bunu eşidəndə) qadın ağlaya-ağlaya dönüb getdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bu qadına xəbər verin ki, o, yaşlı olduğu halda Cənnətə girməyəcək, çünki Uca Allah buyurur: "Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq. Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, həmyaşıdlar". (əl-Vaqiə, 35-37)". (ət-Tirmizi, 122; Əxbər Əsbəhəni, 40605). Həmçinin oxuyun: Cənnətin vəsfi belədir