İslama görə sevginin növləri hansılardır?

    01.07.2017
Kimdən: 
Abdullah
Sual: 
Salam Aleykum. İslamda mehebbetin neche novu var?
Cavab: 
Və aleykum Salam. İslam alimləri sevgini bir neçə növə ayırmışlar, bunların halal və haram olanları var.
1. İbadət sayılan məhəbbət. Bu, Allaha və Allahın sevdiyi kəslərə - peyğəmbərlər, səhabələr, əhli-beyt və digər möminlərə olan məhəbbət, həmçinin, ibadətlərə və yaxşı əməllərə olan məhəbbətdir. 
2. Allaha şərik qoşmağa bərabər olan məhəbbət. Məhəbbətin bu növü bəndənin Allahdan qeyrisini Allahı sevdiyi kimi və ya daha böyük bir məhəbbətlə sevməsidir. Uca Allah buyurur: "İnsanların arasında Allahdan qeyrilərini Allaha sərik qoşub, onları Allahı sevdikləri kimi sevənlər də vardır" (əl-Bəqərə, 165). Burada peyğəmbərləri, övliyaları və digər əməlisaleh şəxsləri layiq olduqlarından artıq şişirdərək Allah səviyyəsində sevmək nəzərdə tutulur.
3. Günah olan məhəbbət. Haram və bidət sayılan əməllərə, günahkar və bidətçi adamlara bəslənilən məhəbbət bu növə daxildir. 
4. Təbii məhəbbət. Adamın övladlarına, ailəsinə, özünə, mal-dövlətinə və bu kimi icazə verilmiş şeylərə olan məhəbbət bu növə aiddir. Bu məhəbbət insanı Allaha itaətdən ayırarsa və vacib əməllərin unudulmasına gətirib çıxararsa, günah olan məhəbbətə çevrilər. Əgər bu məhəbbət Allahdan qeyri bir şeyi Allahı sevdiyi kimi və ya daha artıq bir məhəbbətlə sevməyə yönəldərsə, onda Allaha şərik qoşmaq məhəbbətinə çevrilir. Həmçinin oxuyun:
Paylaş: