Falçı ilə bir evdə yaşamaq olarmı?

    01.07.2017
Sual: 
Salam mənim rəfiqəmin qaynanası falçıdı və rəfiqəm namaz qılır yoldaşıda həmçinin bunun namazlarına və yaxud özlərinə bir zərəri varmı yəni Allahın qəzəbinə gedə bilərmi?həmən evdən ayrılmaları lazımdımı.xahiş edirəm bunu cavablandırasız
Cavab: 
Və aleykum Salam. Fala baxmaq, cadu və sehr etmək həlakedici günahlardan sayılır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həlakedici yeddi günahdan çəkinin!" Soruşdular: "Ya Rəsulullah, nədir onlar?" Pey­­ğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha şərik qoşmaq, cadugərlik etmək, Allahın ha­ram bu­yurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, dö­yüş mey­danından qaçmaq vəzinadan xəbəri olmayan namuslu, ismətli mö­min qadınları zina­da ittiham etmək". (əl-Buxari, 2766). Falçı qadının etiyi əməllərə görə övladına və gəlininə günah yazılmasa da, onun yanındakı şeytanlar onlara zərər toxundura bilərlər. Falçını bu böyük günahdan və Cəhənnəm əzabından çəkindirmək onun yaxınlarının üzərinə düşən vəzifədir, lakin bu cəhdlər fayda verməsə, özünüzü qorumaq üçün belə insandan uzaqlaşmaqdan başqa atılacaq addım qalmır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: