Dəfələrlə tövbəmi pozduğum üçün artıq tövbə etməyə utanıram...

    01.07.2017
Sual: 
Menim 20 yasim var indiye kimi cox gunahim olub, defelerle tovbe edib ama yene namazi atib gunah etmisem.. Artiq allahdan uzr istemeye tovbe etmeye utaniram, ve gunahlarimi tergide bilmirem, ozumu ele alib Allaha yaxin ola bilmirem.. Men ne edim ?
Cavab: 
Salam aleykum. Bu, şeytanın hiylələrindən biridir - əvvəlcə insanı günaha sövq edir, sonra da "hansı üzlə tövbə edəcəksən" deyə vəsvəsə verərək Allahdan uzaqlaşdırır. Halbuki, Uca Allah belə buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53). Hər dəfə tovbəni pozduqda yenidən tövbə etmək və şəriətdə buyurulan qaydada günahdan çəkinməyə çalışmaq lazımdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: