Övladımı və ailəmi itirməyim günahlarıma, yoxsa Allahın məni sevdiyinə görədir?
Sual:
Salam.Men bilmek isteyiremki,ALLAH her kese problem verir amma derdi her kese vermir.deyirler ALLAH en cox sevdiyi bendesine derd verir.yeni derd gunahlarin cavabi ola biler yoxsa heqiqeten en cox sevdiyine gore verer.her birimizin az cox gunahlarimiz var.bunu bilmek isterdim.menim bawima bir faciye geldi.ovladim rehmete getdi,ailem dagildi.her wey birden bire bir ayin icinde gozlenilmez vaxta dagildi.intihara cehd etdim.cooox agir gunler yawadim.bu gunlerde namaza geldim.o gundeydimki daniwa bilmirdim.az qalib,hadiselerin duz bir ili tamam olacaq.iwdeyirem.iwde birce bu acini dawayan menem.her kese baxib,deyiremki goren aramizda en cox gunahkar menem yoxsa ALLAH sizden secir meni..sagolunnn
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Böyük bəlaya uyğun böyük savab verilir. Allah bir camaatı sevdikdə onları imtahana çəkir. Kim razı qalarsa, Allahın razılığını qazanar, kim narazı qalarsa, Allahın qəzəbini qazanar". (ət-Tirmizi, 2396). Bu səbəbdən ən fəzilətli, Allahın ən çox sevdiyi insanlar dünyada digərlərinə nisbətən daha çox çətinliklərlə imtahana çəkilirlər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İnsanlardan ən çox bəlaya düçar olanlar peyğəmbərlərdir, sonra (fəzilətdə) onların ardınca gələnlər, sonra onların ardınca gələnlər, sonra onların ardınca gələnlər". (İmam Əhməd, 27124).
Qurra ibn İyəs (Allah ondan razı olsun) adlı səhabə demişdir: "Bir kişi oğlu ilə birlikdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: "Sən onu sevirsən?" O dedi: "Bəli, ey Allahın Elçisi, mən onu sevdiyim kimi Allah da səni sevsin". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) onu bir müddət görmədikdə dedi: "Filankəsin oğlu necədir?" Dedilər: "Ey Allahın Elçisi, o öldü". Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun atasına dedi: "Məgər sən Cənnətin qapılarından istədiyinə gəldikdə, onun orada səni gözlədiyini görmək istəməzsənmi?" O kişi dedi: "Ey Allahın Elçisi, bu, yalnız ona, yoxsa hamımıza aiddir?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Əksinə, hamınıza". (İmam Əhməd, 20365, 20381).
Ona görə də namazlarınıza davam edin və çoxlu xeyirli əməllər edin ki, Allahın razılığını və Cənnətdə yüksək dərəcələri qazana biləsininiz. Həmçinin, Allaha çoxlu dua edərək daha xeyirli ailə və övladlar istəyin. Daha ətraflı: