Allahın buyuruqlarına əməl etməyənlərin aqibəti necə olacaq?

    17.02.2014
Sual: 
Salam aleykum. Men namaz qilanam. Hicab bağlamamisham, amma tezlikle bağlayacayam. Menim narahatliğim anama ve neneme goredir. Onlar namaz qilmirlar, hicab da bağlamirlar. Onlarin aqibeti nece olacaq? Buna gore chox narahatam. Onlara deyirem, amma etmirler. Allah razi olsun.
Cavab: 

Aleykum salam. İnsanın aqibəti Uca Allahdan başqa heç kəsə məlum deyildir. Uca Allah Qurani Kərimdə Ona iman gətirib yalnız Ona ibadət edən və yaxşı işlər görən bəndələrinin aqibətinin gözəl olacağını vəd edir. Həmçinin, Allah Təalaya küfr edənlərin, Ona şərik qoşanların, günah işlərdən əl çəkməyənlərin aqibətinin pis olacağını bildirir. Ona görə də aqibətinin yaxşı olmasını arzulayan kəs Uca Allaha iman gətirməli və əməllərinə nəzər salıb özünü islah etməyə çalışmalıdır və bunu təxirə salmamalıdır. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!" (Loğman, 33).  
Digər bir ayədə isə belə buyurulur: "Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!, Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!" (əl Həşr, 18-19).

Teqlər: 
Paylaş: