Əlimdə qələmlə çəkilmiş şəkil ilə namaz qılmaq olarmı?
Sual:
Salam
Sualım əlimin üstündə qələmlə çəkdiyim şəkil ilə namaz qıla bilərəm.
Cavab:
Və aleykum Salam. Bədən üzərində döymə döydürmək və ya qələmlə şəkil çəkmək olmaz. Yalnız qadınlar əllərinə xına ilə müəyyən naxışlar çəkə bilərlər. Bu da müvəqqəti olmalı və uzun müddət qalmamalıdır. Hər bir halda bədəndə döymə olanın qıldığı namazlar batil deyil. Daha ətraflı: Döymə (tatu) namazı batil edir?