Qurani-Kərimi kimlər kitab halında toplayıb?
Sual:
Salam Aleykum. Mene cox maraqli gelir ki, Quranin ayeleri kitabda ardicilliqla tertib olunmayib, yeni ki, vehy olunma vaxtlari ile. Meselcun, Eleq suresi birinci suredir ki, nazil olunub, amma kitabda birinci yerde Fatihe suresi gelir. Quran kitabinin bu sekilde tertib olunmasinin sebebi nedir ve bunu tertib eden (Bildiyim qeder ZEYD IBN SABIT) sexsler ne ucun onu bu sekilde tertib edibler ve kimin gosterisi ile? Olmazdimi ki, Qurani ele vehy olundugu tarixi ardicilliqla kitab halina salaydilar.
Cavab:
Və aleykum Salam. Ayələrn ardıcıllığı Peyğəmbərin vaxtında da bu cür idi. Sadəcə kitab halına salınmamaışdı. Elə surə var ki, orada Peyğəmbərliyin ilk dönəmində nazil olan ayələr də var, son dönəmində nazil olanlar da. Qurani-Kərimi toplamağa ilk başlayan Zeyd ibn Sabit deyil, birinci xəlifə Əbu Bəkr əs-Siddiq (Allah onlardan razı olsun) olmuşdur. Daha ətraflı: Quranı ilk dəfə kitab halına kim salıb?