Mehrdə təyin olunan qızıl üzüyü başqa bir şeylə dəyişdirmək olarmı?
Sual:
SALAM ALEYKUM MENIM SUALIM BUDURKI MEN MEHRI GIZIL UZUK DEMIWDIM VE UZUYUN YERINE BAWGA BIRWEY IST BU MUMKUNDUR YA NECE
Cavab:
Va aleykum Salam. Mehr evlənərkən kəbinin şərtlərindən biri olub qadına verilən pul, qızıl-zinət əşyaları və s. maldır. Əgər mehr hələ verilməyibsə, qadınla kişi öz aralarında razılığa gələrək kəbində mehr kimi təyin olunmuş zinət əşyalarını və ya pulu başqa bir şeylə əvəz edə bilərlər. Daha ətraflı: Evlənərkən qadına mehr vermək vacibdirmi?