Kiminsə atasını öldürən adamın atasını öldürmək olarmı?

    14.07.2017
Kimdən: 
Agasiden
Sual: 
Atasini olduren adamin atasini oldurmek olarmi
Cavab: 
Salam aleykum. İslam dinində özbaşınalıq yoxdur. Cəzaları şəriət qaydalarını icra edən dövlət məmurları yerinə yetirir. Kiminsə atasını öldürən adamın atasını öldürmək olmaz. İslam dini haqsız yerə qəsdən öldürülən şəxsin ailəsinə qatildən qisas almaq və ya qanbahası almaq hüququnu vermişdir. Səhvən baş verən qətlə görə qatilin üzərinə kəffarə və öldürülənin qohumlarına qanbahası (təzminat) vermək düşür. Uca Allah buyurur: "Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır. Əgər o ölən kimsə, mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda qatil mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda qatil onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunları etməyə imkan tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir". (ən-Nisa, 92). Həmçinin oxuyun:
Paylaş: