Ayaq yolunda təmizləndikdən sonra şübhələnirəm
Sual:
Salam. Ayaq yolunda yuyunarken, yeni necaseti aradan apardiqdan sonra bir sheyle ozumu qurlayiram. Amma quruladiqim salfetkaya baxiram sari leke deyib ve nokte boyda bir sheyde gorurem. Mene deyin görum bu mundardi, yoxsa pakdir. Men chox su ile yuynanam.
Cavab:
Aleykum salam. Təmizlənərkən çox şübhə etmək şeytanın vəsvəsələrindən sayılır. Ona görə də vəsvəsələrə fikir verməyin və bilin ki, insana vacib olan yalnız bacardığı qədər təmizlənməkdir. Həmçinin bilin ki, dinimiz asandır. Uca Allah insana mümkün olmayan işləri buyurmamışdır. Həmçinin, söylədiyiniz kimi şübhəli xırda ləkəyə və ya nöqtəyə görə vücudunuz murdar sayılmır. Bu problemin başlıca həlli isə təmizlənməyə aid şəriətdə buyurulanları öyrənməyə və əməl etməyə çalışmaqdır. Çünki şeytan belə vəziyyətdə insanın şəriəti bilməməyindən istifadə edir.