Beş müxtəlif suala cavab

    17.02.2014
Sual: 
Salam aleykum. 1)Bu yaxinlarda bele bir deyim eshitmishem. Guya Cennete geden adam kimise sirat korpusunden kechire biler. Bu dogrudurmu? 2)Derslerin yaxshi olmasi uchun dua varmi? Daha dogrusu ne duasi etsem yaxshi olar? 3) Shie namazi qiliram. Quranda ise yazilib ki, beş vaxt qilmaq lazimdir. Lakin men mektebe ve kursa getdiyime gore ancaq üç defe qiliram. Bu mene gunahdirmi? 4)Birde men bu il oruc tutmaq isteyirem. Amma medem xestedir. Hemde acliga qeti dozumum yoxdur. Sehv basha dushmeyin. Bunlari behane getirmek üçün demirem. Yeni demek istediyim odur ki, bele halda oruc tutsam nece olar? Birde Quranı oxuduqda gordum ki, oruc tuta bilenler tutsun, tuta bilmeyenler ise her gun bir feqiri, yoxsulu doyursun. Allahima chox shukurler olsun ki, imkanim var. Lakin men feqiri nece tapacam? Bunu da bilmirem. 5)Oruc tutanda deyirler tupurceyi udmaq olmaz. Lakin men bununla bagli bir wey oxumamiwam. Siz bilersiz, bu duzdur? Allah size yar olsun. Meni narahat eden suallara cavab verirsiniz. Chox teshekkur edırem.
Cavab: 

Aleykum salam. 1)Sirat körpüsündən keçərkən hər kəs öz hayında olacaq və o vaxt kimsə kimsənin imdadına çata bilməyəcək. Hər kəs öz əməlinin müqabilində keçə biləcəkdir.
2)Dərslərin yaxşı olması üçün dedikdə elmi artırmaq üçün dua etməyi nəzərdə tutursunuzsa, Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) etdiyi dualar vardır. Məsələn, Quranda qeyd olunan bu duanı oxuya bilərsiniz: "Rabbi zidni ilmən" (Ey Rəbbim, elmimi artır). Yaxud hədisdə deyildiyi kimi, "Allahummə inni əs'əlukə ilmən nəfiən, va rizqan tayyibən, hələlən, vasiən, va amələn mutəqabbələn, salihən, muxlisan" (Allahım səndən faydalı elm, yaxşı, halal, bol ruzi, qəbul olunan, saleh və ixlaslı əməl istəyirəm). "Allahummə allimni bimə yənfəuni, va infə'ni bimə alləmtəni" (Allahım mənə fayda verəcək elm öyrət, və öyrəndiklərimlə mənə fayda ver!).
3)Müəyyən zəruri və istisna hallarda namazı birləşdirməyə icazə verilir. Belə olduqda zöhrlə, əsr namazını bir vaxtda, məğriblə işa namazını da bir vaxtda birləşdirmək olar.    
4)Ətrafımızda fəqir və yoxsul insanlar olduqca çoxdur. Fəqir insan tapa bilməmək təəccüb doğurur. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Allahım, məni yoxsul olaraq yaşat, yoxsul olaraq canımı al və Qiyamət günü də yoxsulların zümrəsində həşr et!” Aişə O dedi: “Nəyə görə, ey Allahın Elçisi?” O dedi: “Həqiqətən, onlar varlılardan qırx il öncə Cənnətə girəcəklər. Ey Aişə, yoxsulu yarım xurma ilə olsa belə əliboş qaytarma! Ey Aişə, yoxsulları sev və onlara yaxın ol, Qiyamət günü Allah səni yaxın edər”. (ət Tirmizi 2353, 2526). Məscidlərə müraciət edin!
5)Tüpürcək insanın daxilində ifraz olunan mayedir. Tüpürcək orucu pozmur. Orucu bədənə kənardan daxil olan maye poza bilər.
Orucla bağlı daha ətraflı məlumat üçün "Ramazan orucu" məqaləsini oxuyun.  

Teqlər: 
Paylaş: