Namazlar iki rükət qılınmalıdır, yoxsa dörd rükət?
Sual:
Suallarin cavabina gore size tewekkur edirem. Namaz qilan insan 4 ruket qilmalidi yoxsa 2 ruket. Deyiller ki Quranda 2 ruket yazilib.Butun namazlar iki ruket qilinmalidir. Bu dogrudur? Biz namazimizi 4 ruket qilmaliyiq yoxsa 2 ruket???
Cavab:
Salam aleykum. Qurani-Kərimdə namazların qılınma şəkli, oradakı hərəkətlər və onların ardıcıllığı, neçə rükət olması bildirilməyib. Bu kimi bir çox məsələlər var ki, onları Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) hədislərindən öyrənirik. Hədisləri inlar edərək yalnız Quranı qəbul etmək bir çox məslələri başa düşməməyə və insanın azmasına gətirib çıxarır. Səhih hədislərə görə, Sübh namazı iki rükət, Zöhr, Əsr və İşa namazları dörd rükət, Məğrib namazı isə 3 rükət qılınır. Səfərdə olduqda isə bu namazlar qısaldılır. Daha ətraflı: