Əli ibn Əbu Talib peyğəmbərlərdən üstündürmü?

    15.07.2017
Sual: 
salam bir sey mene qaranliq qalir sieler elini peygemberimizden ustun tutur sizce bu dogrudurmu?
Cavab: 

Va aleykum Salam. Bəzi həddi aşmış firqələr Əli ibn Əbu Talibi (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) üstün tutublar. Ancaq bu doğru deyil və Əlinin özü də buna qarşı olub. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç xislət vardır ki, bunlar kimdə olsa, o kimsə bu xislətlər sayəsində ima­nın şi­rinliyini dadmış olar: Allahı və Onun Elçisini başqalarından daha çox sev­mək, sevdiyi kimsəni yalnız Allah üçün sevmək, Allah onu küfrdən qurtardıqdan sonra yeni­dən küfrə qayıt­mağı, oda atılmağı xoşla­ma­dığı ki­mi xoşlama­maq". (Muslim, 165).
Alimlər deyirlər: "Yəni, Allah və Onun Elçisi (salləllahu aleyhi və səlləm) ona dünyada mövcud olan hər şeydən – canından, övladın­dan, validey­nindən, zövcəsindən və qeyrilərindən daha sevimli olarsa". ("əl-Qovlul-Mufid", 2/53). Hə­disdə Allah və Onun Elçisi deyilir, Allah, sonra Onun Elçisi deyilmir. Çünki Peyğəmbəri (salləllahu aleyhi və səlləm) sev­mək Uca Allahı sevməyə bağlıdır. İnsanın Allaha olan sevgisi artdıqca, Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) olan sevgisi də artmalıdır". ("Şərhu Riyadus-Salihin" 1/432). Belə ki, Allaha olan sevgi yalnız Pey­ğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sevməklə təsdiq edilə bilər. Uca Allah buyurur: "De: "Əgər siz Allahı se­vir­si­nizsə, mənim ardımca gə­lin ki, Allah da sizi sevsin və günah­la­rı­nızı bağışlasın. Allah Ba­ğış­la­yan­dır, Rəhmlidir". (Ali-İmran, 31).

O vaxt Abdullah ibn Səba adlı şəxs yaramaz əməllərindən əl çəkməyərək müsəlmanların arasında yeni fitnə toxumu səpməyə başladı. O, Əli ibn Əbu Talibin barəsində ifrat sözlər söyləyərək onun səcdəyə layiq ilah olduğunu dedi. Əli ibn Əbu Talib onun davamçılarından bu iyrənc günah haqqında soruşarkən ona belə cavab verdilər: "Sən Allahsan". Əli ibn Əbu Talib bu əməlin cəzası olaraq onlar üçün bir quyu qazdırdı və onları yanar oda ataraq öldürürdü. Bəzi tarixçilər bu hadisədən sonra Abdullah ibn Səbanın qaçdığını, bəziləri isə uzaq bir əraziyə sürgün edildiyini söyləmişlər. Uca Allah buyurur: "...Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir, Biləndir. Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə'i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik". (əl-Ənam, 83-89). Alimlər deyirlər: "Hamısını aləmlərdən üstün etdik" ayəsi peyğəmbərlərin insanlardan, övliyalardan, cinlərdən, mələklərdən və ümumiyyətlə bütün məxluqatdan üstün olmasına açıq-aydın dəlildir. (Əbu Həyyan "əl-Bəhrul-Muhit fit-Təfsir" 4/576). Həmçinin oxuyun: Ən xeyirli səhabə kim olub?

Teqlər: 
Paylaş: