Ərim tənbəldir və ailə haqlarını yerinə yetirmir, nə edim?
Sual:
Assalamu aleykum Rahmetullah
Qardaş mənim yoldaşım bütün günü telefonda oyun oynayır zikir etmir ancaq namaz qılır Fərz bəzən namazdan sonrakı zikirləridə etmir namazlarınıda gecikdirir işləmir heç evədə fikir vermir gec yatır gec durur ne edirəmsə xeyri olmur quranda oxumur öyrənmir ailəsinə qarşida heçnə etmir həyətdə işləridə görmür mən edirəm ətrafda nə baci var nə qardaş bu hakda mənə nə məsləhət edərdiz
Alkah razı olsun
Assalamu aleykum və Rahmetullah
Cavab:
Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Ərinizə ailə haqlarının yerinə yetirilməsinin vacibliyi ilə bağlı Uca Allahın və onun Peyğəmbərinin (salləllahu aleyhi və səlləm) əmrlərini, ayə və hədisləri oxuyaraq çatdırın. Ona bildirin ki, bu haqları yerinə yetirməyən dünyada və axirətdə əzaba düçar ola bilər. Allaha çoxlu dua edərək nəsihətləri davamlı şəkildə və gözəl əxlaqla edin. Sizin nəsihətləriniz fayda verməsə, sözünü eşidib dinlədiyi mötəbər insanlar da ona nəsihət etsinlər, son addım kimi isə hər iki tərəfdən böyüklər bir yerə yığışaraq məsələni həll etməyə çalışsınlar. Daha ətraflı: