Ölən körpələrin mələyə çevrilməsi fikri doğrudurmu?
Sual:
Salam.menim oglumun 1 yas 3 ayliginda xerceng xestesi,oldugu ortaya cixdi ve 2 il mualice aldi.ama sora melek oldu.oglum gozumun qabaginda can verdi.onun o ani gozumun onunden getmir.men cox pis oluram.o,melekdirse niye cetin canini tapsirdi..ve men o getdikden sonra ne ede bilerem onun ucun.sizden cox xahis edirem mene komey olun.men onun ucun hansi dualari oxumaliyam.ehsan dusurmu korpeye?son nefesinde yalnizca meni isteyirdi.qucagina istedi biraz qucagimda qaldigdan,sonra uzu qibleye uzatmagimi istediler.indi cox pesman,oluram.onu qucagimdan qoydugum ucun.yuxularimada gelmir.sizce niye?cox isteyirem yuxuma gelsin onu gorum.xagis edirem mene komey olun.o qeder suallarim varki.catdira blmrm
Cavab:
Va aleykum Salam. Allaha dua edirik ki, Uca Allah sizi Cənnətdə körpənizə qovuşdursun. Bunun üçün müsibətlərə səbr edərək mükafatını Allahdan istəyin və Allaha heç kəsi şərik qoşmadan ibadət edin. Rəsulullah (salləllahu əleyhi və səlləm) belə buyurmuşdur: "Bir qulun uşağı öldüyü zaman Uca Allaha mələklərinə Qulumun uşağının ruhunu aldınızmı?" deyə buyurar. Mələklər: "Bəli" deyərlər. Allah Təala: "Qulumun könül meyvəsini qopardınızmı?" buyurar. Mələklər: "Bəli" deyərlər. Uca Allah: "Yaxşı bəs qulum nə dedi?" buyurar. Mələklər: "Sənə həmd etdi və "innə lilləhi va innə ileyhi raciun" (biz hamımız Allah üçün yaşayırıq və hamımız da Ona qayıdacağıq) deyə şükür etdi" deyərlər. Bundan sonra Uca Allah: "O halda qulum üçün cənnətdə bir ev düzəldin və adını da "həmd evi" qoyun" deyə buyurar". (ət-Tirmizi "Kitəbul-Cənəiz", səh: 36).
Uşağınız can verərkən onu qucağınızdan yerə qoymanızda sizə günah yoxdur. Uşaqların ölərkən mələyə çevrilməsi fikri isə səhvdir. Səhih hədislərə əsasən valideynlər Cənnətə düşərsə, uşaqlar Cənnətdə valieynləri ilə yenidən birlikdə olacaqlar. Bu cavabı oxuyun: