Oruc tuta bilməyənin əvəzinə başqası oruc tuta bilərmi?

    02.06.2017
Sual: 
Salam.Ramazan ayınız bərəkətli olsun.Anamın mədəsində problem olduğu üçün oruc tuta bilmir.Mən Ramazan ayından sonra anamın yerinə oruc tuta bilərəm? Lakin anamın bundan xəbəri olmayacaq..Yəni anam elə biləcək ki,özüm üçün tuturam.. Belə bir şey olar?
Cavab: 

Və aleykum Salam. Sağalmaz xəstəliyə görə Ramazan ayında oruc tuta bilməyən insanlar tutmadığı hər bir günün əvəzində bir nəfər kasıbı yedirtməlidir. Həyatda olan insanın əvəzinə oruc tutmaq olmaz, çünki hər kəs özü oruc tutmağa mükəlləfdir. Yalnız dünyasını dəyişmiş insanın qəza orucları qalıbsa, onun yerinə oruc tutmaq olar. Daha ətraflı: Xəstə olan oruc tuta bilər?  

Teqlər: 
Paylaş: