Ramazan bayramında qüsl almaq vacibdirmi?
Sual:
Ramazan bayraminda qusul almaq vacibdirmi? Yeni oruc tutan insan qusul almalidirmi?
Cavab:
Salam aleykum. Ramazan ayı daxil olanda xüsusi bir qüsl alınmır. Ramazan ayı sona çatanda isə bayramdan qabaq qüsl almaq bəyənilən əməllərdəndir. Bir nəfər Əlidən (Allah ondan razı olsun) qüsl almaq barədə soruşdu. Əli (Allah ondan razı olsun) dedi: "İstəyirsən hər gün qüsl et". Həmin adam dedi: "Xeyr, mən lazımlı qüsl haqqında soruşuram". Əli (Allah ondan razı olsun) buyurdu: "Onda Cümə və Ərafa günlərində, Qurban və Ramazan bayramlarında qüsl et". (əl-Beyhəqi, 3/278). Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?