Ramazan ayında bədənə girən şeytanlar çıxırmı?
Sual:
Salam aleykum. Ramazanda cinlerin,weytanlarin zencirlendiyini bilirik, bes cinli adamlarin cinleri nece olur, Ramazanda cixir onlar da, ya yox?
Cavabiniz ucun tewekkurler, Allah razi olsun.
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) buyurmuşdur: "Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və cinlərin şər olanları zəncirlənir, Cəhənnəmin qapıları bağlanaraq bir qapısı belə açılmır...". (ət-Tirmizi, 682). Hədisdə şeytanların ən şərlilərindən söhbət gedir, ümumən Ramazan ayında da şeytanlar insanlara vəsvəsə verir, lakin bu vəsvəsə digər aylara nisbətən az olur. Həmçinin oxuyun: İnsan bədəninə cin girirmi?