Dinimizdə Fəyyaz duası adlı dua varmı?

    24.07.2017
Sual: 
Salam aleykum.bu duanı mənə göndərdilər ki oxuyum.oxumadım ki birdən bidət olar.belı bir dua varmı.Fəyyaz duası Lə iləhə illəllahul cəlilul cəbbər,Lə iləhə​ ​illəllahul vəhidul qahhar,​ ​Lə iləhə illəllahul kərimul səttar, Lə iləhə illəllahul kəbirul mutəal, Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu iləhən vəhidən rabbən və şəhidən əhədən və samədən və nəhnu ləhu, Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu ləhən vəhidən rabbən və şəhidən əhədən və samədən və nəhnu ləhu əbidun, Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu iləhən vəhida rabbən və şəhidən əhədən və samədən və nəhnu ləhu qanitun, Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu iləhən vəhidən rabbən ...və s.. Ardı da var.
Cavab: 
Və aleykum Salam. Qeyd etdiyiniz duanın sözlərində dinimizə zidd məna yoxdur, ancaq Quran və Sünnədə belə bir (Fəyyaz adlı) dua mövcud deyil. Bunun Peyğəmbər (salləllahu aleyhi və səlləm) tərəfindən deyildiyini iddia etmək xətadır. Ona görə sənədi olmayan və səhihliyi məlum olmayan məlumatlara etimad etmək olmaz. Quran və Sünnədə gələn dualar haqda buradan oxuya bilərisiniz:
Teqlər: 
Paylaş: