Tez-tez talaq deyən adamın kəbini pozulurmu?
Sual:
Es salamu aleykum va rahmetullahi va berekatuh.1.Erim meni çox incidirdi men velimi çağırdım danışdım,erim mennen küsüb.Men günah iş görmüşem? 2.Bir qadın Erimi namehrem qadınlara aparır qadına günah düşürmü? 3.Erim mene 2ilin içinde defelerle talağ verib,içkili ve çox esebli veziyyetde.iki üç günnen sonra baraşıb yaxınlığ (cinsi elage). Allah rızası üçün meni başasalın,men nece eleyim erimden ayrılım çıxım gedim yoxsa tövbe etsin? Her şey yaxşı bilen Allaha çox dua eleyirem,erimle kebinmiz pozubsa meni bu kişiden uzağlaşdır deye.Allah razı olsun.Es salamu aleykum va rahmetullahi va berekatuh.
Cavab:
Və aleykumus-Sələmu və rahmətullahi va bərakətuhu.
1. Ailə münaqişələri zamanı qadın öz vəlisinə şikayət edə bilər, lakin bu zaman yalan danışmamalı, böhtan atmamalı və mümkün qədər ailə sirlərini qorumalıdır.
2. Əgər zina etməyi nəzərdə tutursunuzsa, bu həm zina edənə, həm də bu əmələ vasitəçi olana böyük günah qazandırır. Uca Allah buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun! Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Ərinizə və həmin qadına Allahdan qorxmasını və bu əməldən çəkinərək tövbə etməsini deyin. Daha ətraflı: Zinadan necə qorunmaq olar?
3. Dediyini anlamayan tərzdə qəzəbli olduqda deyilən talaq sayılmır, lakin nə dediyini başa düşürsə artıq talaq qüvvəyə minir. Ona görə də, boşanmanı oyun-oyuncaq etmək olmaz. Ərinizi səbir, hikmət və gözəl əxlaqla günahlardan çəkinməyə dəvət edin. Əks təqdirdə məsələni böyüklərinizlə həll edin. Daha ətraflı: