Zövcəsinə neçə dəfə talaq verdiyini unudan şəxs nə etməlidir?
Sual:
Əs sələmu aleykum. Belə bir sualım var. Bir kişi zövcəsi ilə yaranmış çoxsaylı mübahisələrə görə ona bir neçə dəfə əsəbiləşib talaq verib. Indi buna peşmandır. Lakin unudub ki, zövcəsinə neçə dəfə talaq verib? 2 yoxsa 3? Bu halda o nə etsin? Allah razı olsun.
Cavab:
Və aleykum Salam. Ümumiyyətlə bu məsələ (talaq) çox ciddi məsələdir və ona məsuliyyətsiz yanaşmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi də ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)". (İbn Məcəh, 2039).
Neçə dəfə talaq verməyi unutmaq isə məsuliyyətsizliyin əlamətidir. Unutmaq həmçinin vəsvəsə nəticəsində də ola bilər. İslam qanunları ilə idarə olunan dövlətlərdə belə hallarla qarşılaşan insanlar şəriət məhkəmələrinə və qazilərə müraciət edirlər. Siz isə yaşadğınız yerdə tanıdığınız məscid imamlarına yaxınlaşıb onlarla məsləhətləşə bilərsiniz. Allah köməyiniz olsun! Həmçinin oxuyun: Kişinin qadına "səni boşayıram" deməsi, daha sonra bunu etməməsi haqqında