İmamlarımızın mövludu və ya vəfat etdikləri günlərdə nə etmək lazımdır?

    05.08.2017
Kimdən: 
Allahin qulu nefsinin agasi
Sual: 
Salam eleykum.Bilmek isterdim ki Imamlarimizin movludu ve ya vefati gunlerinde ne etmeliyik Movludu olduqda nece bayram kecirmeli Vefati olduqda nece matem saxlamaliyiq Onceden Allah razi olsun
Cavab: 
Va aleykum Salam. Dinimizdə peyğəmbərlərin, səhabələrin, imamların və ya digər şəxslərin doğum və ya vəfat günündə hansısa xüsusi əməllərin edilməsi buyurulmayıb. Bu kimi fikirlərin hamısı dinə sonradan gətirilən bidət (dində yenilik) əməllərdəndir. Abdullah ibn Cəfər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəfərin (Allah ondan razı olsun) ailəsinə üç gün yas saxlamağa icazə verdi. Sonra onların yanına gəlib dedi: "Bu gündən sonra qardaşımın arxasınca ağlamayın...". (Əbu Davud, 4174). Digər hədislərdə isə belə buyurur: "Ölünü tərifləyərək ağlamaq cahiliyyət adətidir". (əl-Buxari).
"Üz-gözünə döyən, pal­ta­rı­nın yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə biz­dən deyildir". (əl-Buxari, 1294).
"Kimin üçün vay-şivən salıb ağlasalar, buna görə ona əzab verilər". (əl-Bu­xari, 1291).
"Həqiqətən, ölən adama ailəsinin onun üçün (fəryad edib) ağlamasından dolayı əzab verilir". (əl-Buxari, 1304). 
Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: