Qurani-Kərimin azərbaycanca təfsirini haradan oxumaq olar?

    05.08.2017
Kimdən: 
Rəşad
Sual: 
Əvvəlcədən oxucular üçün ərsəyə gətirdiyiniz bu işə, bu zəhmətə görə sizə öz dərin minnətdarlığımı bildirirəm. Vaxtaşırı müxtəlif maraqlı və bizlər üçün vacib, həyati əhəmiyyətli mövzulara toxunursunuz. Bildiyimiz kimi Qurani Kərimin mənaca və təfsilati yəni şərh olunaraq izahlı tərcümə formaları var. Mən mənaca tərcümə ilə bağlı gözəl mənbə tapmışam, keyfiyyətli tərcümədir. Ancaq mən bilmək istərdim ki, təfsilati yəni şərh olunaraq hansı izahlı mənbə var? Hansı mənbə daha etibarlı və anlaşıqlıdır? Yəni hansı mənbəyə və ya mənbələrə müraciət edə bilərəm?
Cavab: 

Və aleykum Salam. Quranın ən sadə təfsiri Abdur-Rahmən əs-Sə'dinin (Allah ona rəhmət etsin) müəllifi olduğu təfsirdir. Daha geniş olanlar isə ət-Tabərinin, əl-Qurtubinin, İbn Kəsirin və s. (Allah onlara rəmət etsin) təfsrləridir. Bu kitablar azərbaycan dilində olmasa da, onların türkcə tərcümələri var. Abdur-Rahmən əs-Sə'dinin Quranın azərbaycan dilində olan tərcüməsini buradan oxuya bilərsiniz. 

Teqlər: 
Paylaş: