Nişanlımdan ayrılandan sonra nişan üzüyünün məndə qalması bədlik gətirə bilərmi?
Sual:
Salam, men nishanlimdan ayrilmisham, ama nishan uzuklerimiz mendedir, men onlari saxlasam olar? Yoxsa gerek nese edim? Saxlasam bedlik getirer?
Cavab:
Və aleykum salam. Nişanı geri qaytardıqdan sonra nişan üzüklərinin sizdə qalıb-qalmamasının uğursuzluqla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə dinimiz insanları bu kimi batil inanclara inanmaqdan çəkindirir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir şeyin uğursuz olmasına inanmaq Uca Allaha şərik qoşmaqdır". (İmam Əhməd, 1/389). Daha ətraflı: