Ərim zina edir, içki içir və qumar oynayır, ondan boşana bilərəmmi?

    26.08.2017
Kimdən: 
Gunahkar
Sual: 
Salam.5 ildi evliyem.kebin ve zaksimiz var.namaza yeni baslamisam.evvel ailemde olan problemleri haramciligi ustunu ortmusem.cunki gaynanamdan ele gormusem.indi namaza baslamisam ortmurem ve evimizde evvelkindende pis davalar olur.heyat yoldasim ovladlarima vezifesini duzgun yerine yetirmir.ogluma soyus oyredir usaglarin yaninda acig gezir.oruclugda meherremlik ayinda icki icir,cekir,gumar oynayir,zina edir,anasina mene el galdirir.namazimla alay edir.ayrilmag isteyirem.Oz ailem ve onun ailesi o bu ne deyer deye biliremki icaze vermeyecek.meni anlamirlar bu dunya ucun yasayan insanlardir.Allah sebr etmeyin daha gozel oldugunu buyurub.sebr etsem menim imanim getmezmi?ovladlarimin imani bes?
Cavab: 
Və aleykum Salam. Ərinizə sadaladığınız bu böyük günahlardan çəkinməyin və ailə haqlarının yerinə yetirilməsinin vacibliyi ilə bağlı Uca Allahın və Onun Peyğəmbərinin (salləllahu aleyhi və səlləm) əmrlərini, ayə və hədisləri oxuyaraq çatdırın. Ona bildirin ki, bu günahları edən və ailə haqları yerinə yetirməyən dünyada və Axirətdə əzaba düçar ola bilər. Allaha çoxlu dua edərək nəsihətləri davamlı şəkildə və gözəl əxlaqla edin. Sizin nəsihətləriniz fayda verməsə, sözünü eşidib dinlədiyi mötəbər insanlar da ona nəsihət etsinlər, son addım kimi isə hər iki tərəfdən böyüklər bir yerə yığışaraq məsələni həll etməyə çalışsınlar. Əgər bu da fayda verməsə, istəsəniz boşana bilərsiniz. Daha ətraflı:
Teqlər: 
Paylaş: