Kirayə verilən evin zəkatı necə verilir?

    10.07.2017
Kimdən: 
Zəkat
Sual: 
Salam Aleykum əziz zikr.az kollektivi. Sizə ünvanladigim bu suala cabab vermeyinize çox möhtacam. Menim bir evim var özüm istifadə etmirəm. onu kirayə verirəm mən zəkat hesablayarkən evin dəyərini hesaba daxil etməliyəmmi? Allah Sizdən razı olsun.
Cavab: 

Və aleykum Salam. Əgər siz kirayə verdiyiniz evi satmaq üçün almısınızsa, alınan müddətdən bir il keçdikdən sonra evin dəyərindən zəkat çıxarılmalıdır. Əgər evi satmaq üçün yox, kirayə vermək üçün almısınızsa, kirayədən gələn pul yığılırsa, o pul nisab miqdarına çatandan bir il sonra yalnız yığılan puldan zəkat verilir. Evin dəyəri hesablanmır. Əgər kirayə vermək üçün almısınızsa və kirayədən əldə edilən pul yığılmırsa, zəkat verməli deyilsiniz. Həmçinin oxuyun: ZƏKAT 

Paylaş: