İstimna etmək böyük, yoxsa kiçik günahdır?

    07.09.2017
Sual: 
Salam aleykum men subayam herden özüm özümü bosaldiram bilirem günahdı amma alınmır .sonra tovbe edirem .sualım beldiki subay insan üçün bu günah nece sayılır böyük yoxsa kiçik.
Cavab: 

Və aleykum Salam. Uca Allah Qurani Kərimdə nicat tapmış möminlərin sifətlərini vəsf edərkən belə buyurur: "O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır". (əl-Mu'minun, 5-7). Bəzi alimlərə görə istimna etmək bu ayənin hökmünə müxalif olduğu üçün böyük günahlardan  hesab olunur. Həmçinin, istənilən bir kiçik günahın üzərində israr etmək, onu davamlı etmək böyük günah sayıla bilər. Ona görə də, bu günahdan dərhal tövbə etmək və şəriətdə buyurulan qaydada onu tərgitməyə çalışmaq lazımdır. Həmçinin, oxuyun:
Masturbasiyanı necə tərgitmək olar?
Günahdan əl çəkə bilməyəndə nə etmək lazımdır?

Teqlər: 
Paylaş: