Tanımadığım adamın mənə salam verməsi müsəlman olmasının əlamətidirmi?

    29.08.2017
Sual: 
As salam aleykum Tanimadiqim bir adam islami yasantisi olmuyan yolnan kecir mene salam aleykum deyerse onun salam vermeyi islam alametidir yeni muslumanliqinan dallaet edir?onan nece muamile edisen?
Cavab: 

Və aleykum Salam. Tanımadığınız adamın sizə salam verməsi həmin insanın müsəlman olmasının göstəricisidir. Salamı almaq vacibdir. Hətta sizə qeyri-müsəlman salam versə belə, həmin insanın salamını almaq sizin üzərinizə vacib olur. Uca Allah buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisa, 86). Həmçinin oxuyun: Sizə salam olsun! 

Teqlər: 
Paylaş: