Oğlan nişanı geri qaytarmaq istəmirsə, nə etmək lazımdır?

    07.09.2017
Kimdən: 
Mesume
Sual: 
Salam aleykum xalamin qizi 15 yawinda kebin kesildi sozunu verdiler sora oglanin anasi qiza bawqacur reftar eledi zulm eledi. Qizin ozude aileside istemedi bu isi oglansa kebini pozmur indi 2 il kecib ustunden oglan qaytmaq istyr ama qiz deyrki uwaq olmuwam qanmamwam istemirem.. etarfdaki bezi din adamlarindan soruwublar onlarda deybki qiz ozu pozdura biler geri oxudublar ama bezi adamlarsa deyrki kebin pozulmayib ...xais edirem siz duzgun cavab veriin indi kebin pozulub ya yox????
Cavab: 

Və aleykum Salam. Kəbini geri oxutdurmaq adlı bir ayin yoxdur və bu mollaların qazanc əldə etməyi üçün uydurulan bir şeydir. Əriniz sizi boşayıbsa və üstündən də siz dediyiniz kimi 2 il vaxt keçibsə, boşanmış sayılırsnız və kəbin kağızı qüvvədən düşür. Arada boşanma olmayıbsa, oğlan və qız tərəfin böyükləri ilə razılığa gələrək boşanmaq olar. Bu da mümkün deyilsə, qadın xulu talağı ilə kişidən boşana bilər. Xulu talağı haqda buradan oxuyun: Xulu talağı

Paylaş: