Elə bilirəm ki, namaz qılsam həyatım çətinləşəcək...
Və aleykum Salam. Bu, şeytanın vəsvəsəsidir. Əksinə, namaz qılmayan və Allahı zikr etməyən insanın qəlbi sıxıntılı olur. Uca Allah buyurur: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik". (Ta Hə, 124). Bu vəsvəsələrə fikir vermədən və gecikdirmədən tezliklə namaza başlayın! Allaha dua edirik ki, sizi şeytanın vəsvəsələrindən qorusun və sizi xeyirli əməllərə və Cənnəti qazanmağa müvəffəq etsin! Uca Allah buyurur: "Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi) (oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar...". (əl-Həcc, 52). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm". (əl-Buxari, 6856). Həmçinin oxuyun:
Namaz qılmayan Cənnətə girə bilərmi?
Namaz ən fəzilətli ibadətdir!
İmanı artırmaq üçün nə etmək lazımdır?