Başqa ölkəyə köçüb yaşamaq üçün yalandan onların dinini qəbul etmək olarmı?

    29.09.2017
Kimdən: 
Anar
Sual: 
Salam Aleykum. 1) israile kocub yasamaq muselman ucun olar? 2) Ivrit dilini orgenmek olar? 3) yoldawim muselmandir ve israilde yasamaq ucun sened uzerinde yahudiliyi qebul etmek olarmi qelben deil sadece sened uzerinde. 4) sirr deil ki sened uzerinde qebul olunsa bele mueyyen muddet onlarin yeni yahudilerin dini qayda qanunlari ile yawayacaq ve nezaret olunacaq yalniz bunlarin hamisi qelben deil sadece sened uzerinde vetandawliq ucundur
Cavab: 

Və aleykum Salam. İbrani dilini öyrənməyə qadağa yoxdur. Amma yalandan olsa belə, başqa dini qəbul etmək və bu dinin qaydalarına əməl etmək küfr sayılır. Uca Allah buyurur: "İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali-İmran, 85). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim özünü hansı qövmə oxşatsa, o da onlardandır və kim bir qövmü sevsə, qiyamət günü də onlarla həşr olunacaq". (Əbu Davud, 3512). Həmçinin demişdir: "Başqasının sünnəsi (adət ən-ənələri) ilə əməl edən bizdən deyildir". (ət-Tabərani "Mucəmul-Kəbir" 11173). Yalnız ölüm təhlükəsilə üz-üzüzə qaldıqda bunu etmək icazəlidir.

Ümumən isə kafir ölkələrinə yalnız zərurət hallarında səfər etmək icazəlidir. Buraya müsəlman ölkələrində olmayan təhsil, iş, ticarət, müalicə və s. üçün, həmçinin kafirləri İslama dəvət etmək məqsədilə səfər etmək daxildir. Kafirlərin diyarında ehtiyac ödəniləcək qədər qalmaq icazəlidir. Lakin bu ehtiyac ödənildikdən sonra müsəlmanın öz diyarına qayıtması vacibdir. İslam alimləri demişlər ki, kafir diyarına səfər etmək və ya orada yaşamaq yalnız bu üç şərtə əsasən olar:

- İnsanın din haqqında kafirlərin şübhələri dəf edə biləcək bir elmə sahib olması.

- İnsanı istək və şəhvətlərdən qoruyacaq təqvasının (Allahdan qorxu) olması.

- Belə bir şeyə ehtiyacı olması (elm, ruzi, ticarət, müalicə və s.).

Ümumilikdə isə kafirlərin diyarında yaşamaq müsəlmanın özünün və ailəsinin dini üçün böyük bir təhlükə təşkil edir. Bir çox müsəlmanlar kafir ölkələrinə köçdükdən sonra özləri və ya övladları böyük günahlara aludə olmuş, yollarını azmış, bəzi hallarda dinlərini dəyişmiş və ya atesit olmuşlar. Ona görə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Mən müşriklərin arasında yaşayan nə qədər müsəlman varsa ondan uzağam...". (Əbu Davud, 2647).

Teqlər: 
Paylaş: