Suda yaşayan heyvanları necə kəsmək lazımdır?
Sual:
Salam Aleykum.suda yaşayan heyvanları necə kəsib yemək olar?yəni balıqların,xərçənglərin və b. başını necə kəsmək lazımdır?öncədən təşəkkürlər
Cavab:
Və aleykum Salam. Kəsim qaydası quruda yaşayan və əti halal olan heyvanlara aiddir. Daima suda yaşayan hevyanları kəsmək üçün hər hansı bir şəri kəsim qaydası yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Dənizin suyu təmiz, ölüsü də halaldır". (İbn Məcəh, 38).
Uca Allah buyurur: "O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz...". (ən-Nəhl, 14).
"Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanılacağınız Allahdan qorxun!" (əl-Maidə, 96). Həmçinin oxuyun: