​Heyvanın şəriət qaydalarına uyğun kəsilməsi

    10.04.2015

Tərifi:
Ərəb dilində buna “əz-Zəkat” deyilir. Bu sözün əsl mənası, gözəlləşdirmək deməkdir. Ona görə də ərəblər gözəl iyi bu sözlə vurğulayardılar.
Heyvanı kəsməyin bu adla adlandırılmasına səbəb, şəriətin qoyduğu kəsim qaydası ilə heyvan ətinin gözəlləşdirilməsidir.
İstilahi manası, heyvanın boğazını kəsmək və ya xəncəri birbaşa heyvanın ürəyinə salıb öldürməkdir. Əti yeyilən heyvanların əti, yalnız heyvan kəsdikdən sonra halaldır. Yalnız balıq və çəyirtkə halaldır.