Kimin kəsdiyini yemək olar?
Müsəlman və ya kitab əhli olan hər bir kişi və qadının kəsdiyi heyvanı yemək olar.
Uca Allah buyurur: «...Kitab əhlinin yeməkləri sizə halaldır...»[1]. Buxari deyir ki, İbn Abbas demişdir: «Kitab əhlinin yeməkləri, onların kəsdikləri heyvanlardır»[2].
Kəəb ibn Malik deyir ki, «bir nəfər qadın (iti) daş (parçası) ilə qoyun kəsmişdi. Bu haqda Peyğəmbərdən (S.A.V.) soruşduqda, o, həmin heyvanı yeməyə icazə verdi»[3].