Kəsmək üçün işlədilən alət
Heyvanı, diş və dırnaqdan başqa, yara salan hər bir iti alətlə kəsmək olar.
Əbayə ibn Rifaə babasından rəvayət edir ki, o, Peyğəmbərə (S.A.V.) belə demişdir: Ey Allahın elçisi, bizim (heyvan kəsmək üçün) bıçağımız yoxdur. Peyğəmbər (S.A.V.) dedi: «Qanı axıdılan və kəsilərkən Allahın adı çəkilən heyvanı ye. Amma kəsmək üçün işlədilən alət dırnaq və diş olmasın. Dırnaq, həbəşilərin bıçağıdır. Diş isə sümükdür»[1].
Şəddad ibn Ovs deyir ki, mən Peyğəmbərin (S.A.V.) dediklərindən iki şeyi yadda saxlamışam: «Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir. (düşməni) Öldürdükdə yaxşı öldürün, heyvanı kəsdikdə yaxşı kəsin. Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin»[2].