Gecə yatmayıb Sübh namazını qıldıqdan sonra yatmaq olarmı?

    06.10.2017
Sual: 
Salam aleykum.mənim bir sualım var mən sübh namazına kimi yatmıram yata bilmirəm sübhü qılıb sonra yatıram,yəni yuxum gəlmir,gecəni oyağ qalıb sübhdən sonra yatmağım doğrudurmu?
Cavab: 

Və aleykum Salam. Bu cür qılınan namaz səhihdir, amma gecəni yatmağa çalışın, çünki bu insanın yaradılışına daha uyğundur. Uca Allah buyurur: "Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır". (Yunus, 67). "Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur". (Furqan, 47).

Teqlər: 
Paylaş: