Namaz qılmaq istəyirəm, amma içimdə qorxu hissi var...

    15.10.2017
Kimdən: 
Ayşən
Sual: 
Salam.Men namaz qilmaq isteyirem defelerle öyrenmişem amma qila bilmirem qorxu hissi var nece edimki namaza başlaya bilim?
Cavab: 

Və aleykum Salam. Namaz qılmaq və digər xeyirli əməllər etmək istəyən insanı şeytan müxtəlif üsullarla əməlindən çəkindirmək istəyir. Uca Allah buyurur: "Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi) (oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar...". (əl-Həcc, 52).
Siz bu hisslərə heç bir önəm vermədən Allaha dua edin ki, sizi şeytanın vəsvəsəsindən qorusun və namaza başlayın. Allahın izni ilə namaza başladıqdan bir müddət sonra bu hiss keçib gedəcək. Gün ərzində bir neçə saat Qurani Kərimin oxunuşuna qulaq asmaq da şeytanı uzaqlaşdırır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, şeytan Bəqərə surəsi oxunan evdən qaçar". (Muslim). 

Teqlər: 
Paylaş: