Falçı yanına gedən adamın işləri dolaşığa düşə bilərmi?

    20.10.2017
Sual: 
Salam Aleykum. Esitmisem insan falciya getse isleri daha da dolaşır. Bu duzdur? Yoxsa sadece falciya getmek gunahdir? Islerin qarismasinin bunla bir elaqesi yoxdur
Cavab: 

Və aleykum Salam. Falçı yanına getmək ən böyük günahlardan olduğu üçün bunu edən adamın Allahın qəzəbinə gələrək işlərinin çətinə düşməsi mümkündür, çünki Uca Allah bəzi günahların cəzasını həm bu dünyada, həm də axirətdə verir. Həmçinin, falçı yanına gedərək görülən işlərdə nadir hallarda məqsədə nail olunsa da, belə işlərdə heç bir bərəkət olmur. Rəsulullah (salləllahu aleyhi va səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117). Daha ətraflı:
Fala inanmadığım halda qohumumla falçıya getməyim günah sayılırmı? 
Sehr nədir? 

Teqlər: 
Paylaş: