Fala inanmadığım halda qohumumla falçıya getməyim günah sayılırmı?

    13.06.2014
Sual: 
salam size vereceyim sual beledi menim qohummun falina baxdirir menide yaninda apardi eslinde menimde fikrim var idi baxdirmaga Allahi dusundum baxdirmadim sadace menim ora getmeyim gunahdir sadace onlar danisirdir mende qiraqda durub baxirdim
Cavab: 

Aleykum salam. Sizin qohumunuzla birlikdə, hətta inanmasanız da, falçıya getməyiniz sizə günah sayılır, çünki siz pis, iyrənc bir əmələ şərik olursunuz. Siz əslində qohumunuza bu əməlin Uca Allah tərəfindən haram buyurulduğunu və buna görə onun şiddətli əzab çəkə biləcəyini izah edərək onu bu işdən çəkindirməyə çalışmalı idiniz. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Sizdən biriniz bir münkər (günah, pis) əməl gördükdə bacarırsa onu əli ilə düzəltsin! Ona qadir olmasa, dili ilə düzəltsin! Ona da qadir olmasa, qəlbi ilə nifrət etsin! Bu da imanın ən zəif mərtəbəsidir". (Muslim, 175).
Alimlər bu hədisin şərhində deyirblər ki, qəlb ilə nifrət, həmin günah olan yeri tərk etməkdir
Həmçinin, baxıcıların, cadugarların, falçıların və kahinlərin ətrafında çoxlu sayda şeytanlar olur. Onlar məhz şeytanların vasitəsilə bu çirkin işləri görürlər. Hətta siz kənardan seyr etsəniz belə, onların yanında olmaq, insana şər toxundura bilər. İslamda falın hər bir növü küfr kimi böyük yeddi həlak edici günahlardan biri hesab olunur. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da, içki də, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Maidə, 90).
Rəsulullah (salləllahu aleyhi va səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399). 
Həmçinin başqa bir hədisdə belə demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (ət-Tirmizi). Həmçinin oxuyun:
Falçının doğru deyib-demədiyini hardan bilmək olar?

Teqlər: 
Paylaş: