Falçının doğru deyib-demədiyini hardan bilmək olar?
Sual:
Salam xahiş edirəm cavabsız qoymayın.Mən bir falçıya uymuşam . Sevdiyimlə aramda problem vardı bu falçı mənə padruqamı dediki guya o aramıza girir o məndən pis pis şeylər deyir padruqamda and aman edirki elə bir şey yoxdur qalmışam belə nə edim düzünü öyrənmək istəyirəm Allaha yalvarıram düzüne göstərsin mənə nə edim necə edim mən ?
Cavab:
Salam aleykum. İslamda evlənmək niyyəti ilə olmayan sevgi haramdır. Bu məsələdə də düzünü öyrənmək üçün falçıya getmək yox, əl açıb yalvararaq Allaha dua etmək, əgər namaz qılmırsınızsa, namaz qılmaq və Uca Allahın digər vacib buyurduğu əməlləri yerinə yetirmək lazımdır. Falçı yanına getmək ən böyük günahlardan olduğu üçün bunu edən adamın Allahın qəzəbinə gələrək işlərinin çətinə düşməsi mümkündür, çünki Uca Allah bəzi günahların cəzasını həm bu dünyada, həm də axirətdə verir. Həmçinin, falçı yanına gedərək görülən işlərdə nadir hallarda məqsədə nail olunsa da, belə işlərdə heç bir bərəkət olmur. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399). Həmçinin oxyun: