Namaz yaddan çıxıbsa, hansı namazı birinci qılmaq lazımdır?

    28.10.2017
Sual: 
Salam əleyküm Biz anamla dünən birlikdə Xuftən namazını qılanda məlum olduki anam şamı qılmayıb dedim ki eybi olmaz namazları birləşdirib qılmağa icazə var bunu məhz bu saytda oxudum ki şamla xüftən namazlarını birləsdirəndə həm şam həm də xüftən namazının vaxtında qılına bilər Lakin anam xüftən namazını qıldı arxasınca da şam namazının qəzasını qıldı mənə dediki şam namazı ilə xüftən namazını birləsdirəndə ancaq şam azanı daxil olduqda şamı qılıb arxasınca xüftən namazını qılmaq olar xüftən namazı daxıl olduqda isə artıq namaz qəza olur bilmək istərdim hansımızın fikri doğrudur öncədən ALLAH razı olsun
Cavab: 

Və aleykum Salam. Namazları birləşdirmək yalnız zəruri hallara və səfərdə olduğunuz vaxtlara aiddir, digər hallarda isə namazları birləşdirmək icazəli deyil. Namazı qılmaq yaddan çıxıbsa, birinci qılınmayan namazın qəzasını qılmaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamaı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Muslim, 684). Zəruri hal olmayıbsa, hər namazı öz vaxtında qılmaq lazımdır. Qeyd edək ki, Qurani Kərimdə və hədislərdə Xuftən namazının adı İşa namazıdır. Şam namazının adı isə Məğrib namazıdır. 

Teqlər: 
Paylaş: