Sübh namazına yatıb qaldıqda duran kimi qəzasını qılmaq doğrudurmu?
Sual:
Salam.men iki aydi namaz qiliram bu gun ilk defedirki subh namazina qalxa bilmemişem yatib qalmisam ama yenede qeza olaraq qildim gec idi gunes cixmisdi bu dogru sayilirmi xahis edrem cavablandirin cox narahatam.
Cavab:
Və aleykum Salam. Bəli, siz düz etmisiniz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Muslim, 684).